“Taliban” Qəndəharın merini qətlə yetirdi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze partlayıcı qurğunu çadranın altında gizlədib və mer bələdiyyə binasının həyətində yerli sakinlər qarşısında çıxış edən an işə salıb.
Qeyd edək ki, Qulam Heydər Həmiddən iki həftə əvvəl Qəndəhar Şəhər Şurasının sədri, Əfqanıstan prezidenti Həmid Kərzainin qardaşı Əhməd Vəli Kərzai güllələnib. Əfqanıstan prezidentinin qardaşını hamamdan çıxarkən öz mühafizəçisi güllələyib. Əhməd Vəli Kərzainin ölümünə görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb. Qəndəhar merinin də “Taliban”ın göstərişi ilə qətlə yetirildiyi şübhə doğurmur.

444