Liviyada vətəndaş müharibəsində dönüş yaradacaq şəhər uğrunda döyüş gedir
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, iki gündür, şiddətli toqquşmaların davam etdiyi şəhərin aqibəti vətəndaş müharibəsinin bundan sonra hansı istiqamətdə cərəyan etməsini də müəyyənləşdirəcək. Küçələrin cəhənnəmə döndüyü Zlitan Qəddafinin qərargahı Tripolinin 158 kilometrliyində yerləşir. Qiyamçılar toqquşmalar əsnasında 19 nəfərin öldüyünü, 126 nəfərin yaralandığını söyləyib. Müəmmər Qəddafi cəbhəsindən verilən açıqlamada isə müxalifətin şəhərdə 500 civarında itki verdiyi iddia edilib.
598