Aeroportda əcaib olay
25 iyul 2011 11:06 (UTC +04:00)

Aeroportda əcaib olay

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədən Əlcəzairə səfər edəcək təyyarə uçuşa qalxmağa hazırlaşdığı zaman əlcəzairli Nacara Djouahra heç kimin diqqətini çəkmədən təyyarədən enərək aeroportdakı taksi dayanacağına doğru qaçmağa başlayıb.

Qadının təyyarəyə qaytarılması üçün aeroport işçiləri, polis və təyyarə heyəti böyük səy göstərib. Qadın təyyarə ilə uçmaqdan qorxduğunu bildirib. Nacara Djouahra təyyarədə olan oğlu tərəfindən yola gətirilib və çətinliklə də olsa, təyyarəyə qayıdıb.

Baş verən olay səbəbindən təyyarə əvvəlcə müəyyən olunmuş vaxtdan 1,5 saat gec havaya qalxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar