İranlılar evlənmək üçün böyrəklərini satırlar...
Lent.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, “qara bazar”da böyrəyin qiyməti 9 min 500 dollardır. Buna görə də bu gün bir çox işsiz iranlılar maliyyə problemlərini sürətlə həll etmək, eyni zamanda evlənmək və digər ailə mərasimlərini təşkil etmək üçün böyrəklərini satmağa üstünlük verirlər.
Qeyd edək ki, İran böyrək ticarəti üzrə dünyanın aparıcı dövlətlərindən biridir. Bu ölkədə böyrək satışı ilə bağlı leqal sistem yaradılıb. Rəsmi qaydada böyrəyini satan şəxsə hökumət 4 min 500 dollar verir və onu 1 il pulsuz tibbi sığorta ilə təmin edir. Donor orqanlarının alınması ilə bağlı 1968-ci ildə leqal sistem yaradan İran bununla orqanların qara bazarda satışının qarşısını almaq məqsədi güdüb.
Lakin dövlət qiyməti ilə müqayisədə “qara bazar”da orqanlara daha yüksək qiymət verildiyindən əksər iranlı “qara bazar”a üz tutur. Hər il xarici ölkələrdən İrana orqan transplantasiyasına ehtiyacı olan minlərlə insan gəlir.

608