Dünyanın ən bahalı şəhərlərinin adları açıqlandı
12 iyul 2011 17:59 (UTC +04:00)

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlandı

Mənzil, nəqliyyat, ərzaq, paltar, ev əşyaları və əyləncə də daxil olmaqla, 200-dən çox mal və xidmətin qiymətləri əsasında dünyanın ən bahalı şəhərlərinin yeni siyahısı açıqlanıb.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, siyahı dünyanın 6 qitəsində olan 214 şəhəri əhatə edib.

Bu il dünyanın ən bahalı şəhəri Luanda (Anqola) sayılıb.

Kəraçi (Pakistan) isə dünyada qiymətlərin ən ucuz olduğu ölkədir. Luanda ilə müqayisədə Kəraçidə qiymətlər 3 dəfə ucuzdur.


Dünyanın ən bahalı şəhərlərinin siyahısında ilk üçlükdə Tokio (Yaponiya) və Ndjamena (Çad) qərarlaşıb. Moskva (Rusiya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Sürix (İsveçrə), Sinqapur (Sinqapur), Honq Konq (Honk Konq) və San Paulo (Braziliya) şəhərləri ilk onluğu qapayır.


Keçən il siyahıda 44-cü yerdə olan İstanbulda isə qiymətlər xeyli ucuzlaşıb və şəhər bu il 70-ci pillədə qərarlaşıb. Siyahının 32-ci pilləsində olan Nyu-York ABŞ-ın ən bahalı şəhəridir. ABŞ-ın Los-Anceles şəhəri 77-ci, Çikaqo və Vaşinqton 108-ci yerə layiq görülüb.

Böyük Britaniyanın paytaxtı London dünyanın 18-ci ən bahalı şəhəri olub. İtaliyanın Milan şəhəri və Fransanın paytaxtı Paris müvafiq olaraq 25 və 27-ci yerlərdədir. Qiymətlərin sürətlə bahalaşdığı Stokholm (Danimarka) isə keçən il 76-cı sırada olduğu halda bu il 36-cı sıraya yüksəlib.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərləri dünyanın ən bahalı şəhərləri sırasında müvafiq olaraq 67 və 81-ci pillələrdə qərarlaşıb. Hazırda Əbu-Dabi Orta Şərqin ən bahalı şəhəridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar