300 minlik aksiyanın keçirildiyi şəhər mühasirədədir
Suriyada hökumət qüvvələri Hama şəhərində əməliyyatları davam etdirir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Hamadakı əməliyyatlar zamanı 2004-cü ildəki Afina Olimpiadasında boksda bürünc medal qazanan atlet Nasır Əl Şami də daxil olmaqla, 20 nəfər yaralanıb.
Əl Şaminin səhhətinin ağır olduğu bildirilib. Mühasirədə saxlanan Hamada yollar da təhlükəsizlik qüvvələri tərəfindən kəsilib. Çox sayda insan həbs edilib.
Ölkənin şimalında isə Türkiyəyə qaçmağa çalışanlara atəş açılıb. İki nəfər yaralanıb, 60 nəfər isə sərhədi keçməyi bacarıb. Sərhədin Suriya tərəfində həbs edilənlərin olduğu bildirilir.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri bir ay öncə Hamadan çəkilib, ancaq keçən cümə günü şəhərdə 300 min nəfərin qatıldığı etiraz aksiyasının keçirilməsindən sonra yenidən əməliyyatlar başlayıb.

636