Stross-Kana qarşı yeni zorlama ittihamı
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Tristan Banon hələ may ayında, Dominik Stross-Kan Nyu-Yorkda xidmətçi qadını zorlamaqda ittiham olunan zaman məhkəməyə müraciət etmək niyyətində olub.
Ancaq az sonra Tristan Banon bildirib ki, Dominik Stross-Kan üzərində birinci məhkəmə prosesi başa çatana qədər məhkəməyə müraciət etməyəcək. Ancaq ötən gün xidmətçi qadının yalan ifadə verməsi üzə çıxdığı üçün BVFnin sabiq prezidenti ev həbsindən azad olunub. Buna görə də Tristan Banon vəkilləri ilə məhkəməyə müraciət edəcəyi vaxtı dəqiqləşdirib. O, bu gün Paris Məhkəməsinə müraciət etməyə qərar verib.
Tristan Banon deyib ki, 2002-ci ildə keçirilən prezident seçkilərində Nikolya Sarkozinin rəqibi olan Dominik Stross-Kan müsahibə zamanı ona qarşı seksual zorakılıq edib. Olayın detalları açıqlanmır.

524