Misir yenə qarışır
05 iyul 2011 10:12 (UTC +04:00)

Misir yenə qarışır

İyulun 4-də axşam saatlarında Qahirənin Menyel məhəlləsində polisin atəş açması nəticəsində bir gəncin ölməsi xəbərinin yayılması xalqı qəzəbləndirib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, kütlə polis şöbəsinə hücum çəkib.

Yaralananlar var. Qahirə şəhərinin Qədim Qahirə adlanan hissəsində isə polis narkotik alveri ilə məşğul olan cinayətkar dəstələrə qarşı əməliyyat keçirib. Buna cavab olaraq cinayətkar dəstələrin üzvləri polis şöbələrinə hücum çəkiblər. Qarşıdurma hərbçilərin müdaxiləsi sayəsində dayanıb.

Qeyd edək ki, son 2 həftədə müxtəlif səbəblərdən baş verən qarşıdurmalar zamanı 1500 nəfər yaralanıb, 40 avtomobil yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar