“Afrika buynuzu” quruyur
04 iyul 2011 23:17 (UTC +04:00)

“Afrika buynuzu” quruyur

“Afrika buynuzu” adlandırılan Keniya, Somali, Uqanda, Efiopiya və Cibuti son 60 ilin ən böyük quraqlığını yaşayır. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, quraqlıq səbəbi ilə aclıqdan yüz minlərlə insan və heyvan ölüb.

Yemək və su tapa bilməyən insanların yeganə ümidləri olan heyvanlarını kəsməyə məcbur olduğu bildirilir. Keniya quraqlığı milli fəlakət elan edib. Ölkədə aclıqdan ölənlərin sayı durmadan artır. Yemək və su tapa bilməyən qaçqın düşərgəsinə sığınanların sayı 380 mini keçib, on minlərlə insan Somalidən Keniya və Efiopiyaya qaçıb.

Ümumiyyətlə, 10 milyon insanın təcili yardıma ehtiyacı var. UNİCEF hər 3 uşaqdan birinin aclıq çəkdiyini, yarıya qədərinin isə inkişaf geriliyi yaşadığını açıqlayıb. Ərzağın qiyməti ikiqat artıb. BMT milyonlarla insanın ölməməsi üçün digər ölkələri “Afrika buynuzu”na yardım etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar