Xədim ol avtomobil qazan
Lent.az-ın “7sur7.be”yə istinadla xəbərinə görə, əhali artımının qarşısını almaq üçün görülən tədbirlər böyük əhəmiyyət verməyib. Lakin ölkənin şimalındakı Racastan əyalətində meriyanın başladığı kampaniya dünyanın diqqətini cəlb edib. Kampaniyaya görə, sentyabr ayınadək könüllü şəkildə özünü kastrasiya (xədim) etdirən şəxs lotereyada iştirak edəcək. Lotereyaya isə “Tata Nano” avtomobili (3000 dollar), motosiklet, mobil telefon və mətbəx kombaynı kimi aztapılan (!) əşyalar daxildir. Əyalət rəhbərliyi bu kampaniyaya 21 000 nəfər cəlb etmək niyyətindədir.
Ölkədəki sərt demoqrafik siyasət nəticəsində hind qadınlarının doğum əmsalı yarıbayarı aşağı düşüb. Əgər 1990-cı ildə hər qadın orta hesabla 4 uşaq dünyaya gətirirdisə, indi bu rəqəm 2.6-dır. Hökumət bu göstəricini də yüksək hesab edir.
70-ci illərdə baş nazir İndira Qandi problemdən çıxış yolu kimi 2-dən artıq uşağı olan kişilərin məcburi kastrasiyasını təklif etmişdi.
Vüqar

536