Silah səslərinin eşidildiyi, kütləvi həbslərin aparıldığı bildirilir
İyulun 3-dən 4-ə keçən gecə Suriya ordusunun əsgərləri tankların müşayiəti ilə ötən cümə günü hökumət əleyhinə ən böyük aksiyaların keçirildiyi Hama şəhərində daxil olub.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ordu bölmələri şəhər mərkəzindəki önəmli giriş və çıxışlarda mövqe tutub. Silah səslərinin eşidildiyi, kütləvi həbslərin aparıldığı bildirilir.
Qeyd edək ki, keçən həftənin cümə günü Suriyanın bir çox şəhər və qəsəbələrində İstefa Cüməsi adı altında hökumət əleyhinə aksiyalar keçirilib. Bu aksiyalardan ən böyüyü Hama şəhərində olub. Aksiyadan 1 gün sonra Suriya prezidenti Bəşər Əsəd Hama valisi Ahmed Halid Abdülazizi tutduğu vəzifədən azad edib.

389