Rauf Denktaşın xanımı ağlayaraq yardım istədi
04 iyul 2011 11:21 (UTC +04:00)

Rauf Denktaşın xanımı ağlayaraq yardım istədi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və ilk prezidenti Rauf Denktaşın xanımı Aydın Denktaş ŞKTC prezidenti Derviş Eroğlundan yardım istəyib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, professor Fazıl Küçükün qızı Pembe Turqutun dəfn mərasiminə qatılan Aydın Denktaş burada Derviş Eroğluna yaxınlaşıb.


Aydın Denektaş gözləri yaşlı şəkildə deyib ki, o, və Rauf Denktaş kimsəsiz qalıb: “Kimsəm yoxdur. Mənə və Raufa ayrılıqda baxmaq üçün 2 nəfər lazımdır. Mənim qızlarımın onurğa sütununda yırtıq var. Nə edəcəyimi bilmirəm. Xüsusən gecə geyinməmiz çətin olur”.

ŞKTC prezidenti Aydın Denktaşı dinlədikdən sonra onun istəklərini yerinə yetirmək üçün gərəkli addımların atılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar