Türkiyə Liviya qiyamçılarına 200 milyon vəd etdi
Lent.a-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu bunu iyulun 3-də Benqaziyə səfəri zamanı bəyan edib.
O deyib ki, Milli Keçid Şurası Liviya xalqının legitim hökumətidir. Liviyada silahlı münaqişənin sona çatması üçün Ankaranın əlindən gələni edəcəyini dilə gətirən Əhməd Davudoğlu Türkiyənin Milli Keçid Şurasına 200 milyon dollar yardım ayıracağını da bildirib.

523