Donuz da donuza tatu vurar? – FOTO
02 iyul 2011 19:47 (UTC +04:00)

Donuz da donuza tatu vurar? – FOTO

Belçikalı rəssam Vim Delvoy konseptual incəsənət üslubunda işləyir. Lent.az-ın “blogga.ru”ya istinadən məlumatına görə, o, Çində yerləşən fermasında donuzlara tatu vurur.

Vam süjet qismində ən müxtəlif şəkilləri – Disney qəhrəmanlarından tutmuş, şərq naxışlarına kimi istifadə edir. Tatuajdan sonra donuzlar bir müddət fermada yaşayır, sonra onlar müəyyən yaşa çatandan sonra kəsilir.

Kəsilən donuzların dərisi soyulur və rəsm əsəri kimi çərçivəyə çalınır. Bu “əsərləri” görmək üçün Pekinə getmək lazımdır. Orada bəzən sərgilər keçirilir.

Vim Delvoy donuzları qəssablardan almaqla, onları xilas etdiyini iddia edir. Ferma 2005-ci ildə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar