BVF-nin sabiq rəhbəri azadlığını həyat yoldaşı ilə qeyd etdi
02 iyul 2011 12:14 (UTC +04:00)

BVF-nin sabiq rəhbəri azadlığını həyat yoldaşı ilə qeyd etdi

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Stross-Kan həyat yoldaşı Ann-Sinklerlə birgə Manhettendəki “Scalinatella” adlı italyan restoranında yemək yeyib.

Əvvəllər BVF-nin sərəncamçı direktoru kimi çalışmış Stross-Kan mayın 14-də Nyu-Yorkda həbs olunub. Ona qarşı “Sofitel” otelində zorlamaya cəhd ittihamı irəli sürülüb. Stross-Kan mayın 18-də istefa verib.

O, mayın 19-dək Nyu-York həbsxanalarından birində saxlanılıb. Sonra isə məhkəmə 1 milyon dollar girov müqabilində Stross-Kanın cəzasını ev dustaqlığı ilə əvəzləyib. İyunun sonlarında məlum olub ki. Stross-Kana zorlama ittihamı irəli sürən qadın yalan ifadələr verib. O, həm BVF-nin sabiq rəhbəri, həm də oteldəki insidentlə bağlı yalan danışıb.

Bütün bunlardan sonra məhkəmə iyulun 1-də Stross-Kanı ev dustaqlığından azad edib. BVF-nin sabiq rəhbərinin üzərindən ilk çağırışda məhkəmə iclasına gəlməsi öhdəliyi də götürülüb. Lakin cinayət işinin bağlanmasından hələlik söhbət getmədiyi də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar