Şvarstneggerin həyat yoldaşı boşanmaq üçün ərizə verdi
02 iyul 2011 10:21 (UTC +04:00)

Şvarstneggerin həyat yoldaşı boşanmaq üçün ərizə verdi

Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, sənəddə boşanma səbəbi kimi «həll edilməsi mümkün olmayan ziddiyətlər» göstərilir.

Şrayver boşanma ərizəsində ona və həyat yoldaşına həddi-buluğa çatmayan övladları -17 yaşlı Patrik və 13 yaşlı Kristoferi tərbiyə etmək üçün bərabər hüquqlar verməyi xahiş edir.

Arnold Şvartsnegger və ABŞ-ın keçmiş prezidenti Con Kenedenin yaxın qohumu olan Mariya Şvartsnegger 25 ildir ki, evlidirlər. Onların 4 uşağı var.

Şvartsnegger bu ilin mayında Kaliforniya qubernatoru postunu tərk edib. Bundan dərhal sonra cütlük ayrılmaq istədikləri barədə qərarlarını açıqlayıblar. Sonradan məlum olub ki, Şvartsnegger arvadına xəyanət edib. Onun evlərində 20 il qulluqçu işləyən qadından qanundankənar oğlu var. “Dəmir Arni”nin qanundankənar oğlunun 13 yaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar