Hillari Klinton: “Bəşər Əsədin vaxtı daralır”
01 iyul 2011 20:14 (UTC +04:00)

Hillari Klinton: “Bəşər Əsədin vaxtı daralır”

Suriya prezidenti Bəşər Əsədin iyulun 10-da müxalifətlə dialoqa başlayacağına dair açıqlaması Vaşinqtonu qane etmir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Hillari Klinton Dəməşq hökumətinin islahatlar həyata keçirmək üçün vaxtının daraldığını söyləyib.

Hillari Klinton Suriya ilə bağlı son açıqlamasında deyib ki, müxalifətin Dəməşqdə toplantı keçirməsinə icazə vermək kifayət etmir. Hökumətin ölkənin şimalında və Hələbdə müxaliflərə qarşı güc tətbiq etməyə davam etdiyini bildirən ABŞ dövlət katibi Bəşər Əsəd rejiminin vaxtının azaldığını vurğulayıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen isə Suriyada təhlükəsizlik qüvvələrinin davranışlarını qınasalar da, müdaxilə planları olmadığını dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar