Liviya vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, istintaqın nəticələri Livan hökumətinə təqdim olunub.
Livan Prokurorluğu sabiq baş nazirə qarşı sui-qəsdlə bağlı 4 nəfər haqqında həbs qərarı çıxarıldığını bildirsə də, həmin şəxslərin adları açıqlanmayıb. Ancaq “mignews.com” saytı yazıb ki, bu şəxslərin arasında Livanda fəaliyyət göstərən və hazırda hökumətin əsas ortağı olan “Hizbullah” hərəkatının iki rəhbəri də var. Bunlardan biri “Hizbullah” hərəkatının əks-kəşfiyyat bölməsinin rəhbəri Mustafa Badreddindir. Mustafa Badreddin 2008-ci ildə Dəməşqdə öldürülən “Hizbullah” komandiri İmad Muqnienin yaxın qohumudur.
BMT-nin Xüsusi Tribunalının sui-qəsdin iştirakçıları sırasında göstərdiyi şəxslər sırasında “Hizbullah” hərəkatının cəza qurumunun rəhbəri Salim Ayaş da var. Xüsusi Tribunal Rafiq Həriri cinayətində günahlandırılan 4 nəfərin həbsi üçün 30 gün vaxt ayırıb.
Siyasi müşahidəçilər Xüsusi Tribunalın istintaqı yekunlaşdırması və “Hizbullah” rəhbərliyində yer alan 2 nəfərin həbsini tələb etməsinin Livanda hökumət böhranına və vətəndaş müharibəsinə yol açacağından ehtiyatlanırlar. Baş nazir Nacib Mikati xalqa müraciət edib və ölkədə sülh və sabitliyin qorunmasının vacib olduğunu vurğulayıb: “Hələ istənilən ittiham hökm demək deyil. Vəziyyət çox mürəkkəbdir və biz tələsik mühakimə və hərəkətlərdən çəkinməliyik”.

576