Suriyada yenə qan axır
Suriyada hökumət qüvvələri ölkənin şimalındakı bəzi kəndlərdə əməliyyat keçirib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, müxaliflər əməliyyatlarda 7 nəfərin öldürüldüyün bildiriblər.
Rejim əleyhdarları tankların kənd-kənd irəlilədiklərini, kişilərin həbs olunmamaq üçün qaçdıqlarını və evlərin bir-bir axtarıldığını qeyd ediblər. Hələb şəhərində həm prezident Bəşər Əsəd tərəfdarlarının, həm də əleyhdarlarının aksiyaları keçirilib. İqtidara qarşı çıxan yüzlərlə vəkil azadlıq və siyasi məhbusların sərbəst buraxılması tələbiylə oturaq aksiyaya başlayıb. İnternetdən bu gün Hələbdə aksiya keçirilməsi üçün çağırışlar edilib.
Vaşinqton isə İranı olayların qarşısını almaq üçün Suriyaya yardım etməkdə suçlayıb. Bu iddianı rədd edən İran Xarici İşlər Nazirliyinin sözçüsü isə Amerikanı İsraili qorumaq üçün Suriyanı qarışdırmaqda ittiham edib. ABŞ da Suriyaya yardım etməkdə suçladığı iki İran rəsmisi ilə Suriya Hava Qüvvələri Kəşfiyyat İdarəsinin rəhbərini sanksiya tətbiq olunan şəxslər siyahısına daxil edib.

590