İngiltərədə böyük tətil
İngiltərədə yüz minlərlə müəllim və məmur hökumətin təqaüd qanunu ilə bağlı layihəsinə etirazını bildirmək üçün 1 günlük tətil elan edib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, hava və dəniz limanlarında pasportların yoxlanılmasına nəzarət edən məmurlarının tətilə gecədən etibarən başladıqları bildirilir.
Tətil səbəbindən minlərlə məktəbin bağlanması, valideynlərin uşaqlarına baxmaq üçün işdən icazə alması və xarici reyslərin axsaması gözlənilir. Londonda həmkarlar ittifaqları da aksiyaya hazırlaşır.
Qeyd edək ki, İngiltərədə hökumət büdcə kəsirini nəzarət altına ala bilmək üçün maaşları dondurub, yüz minlərlə insanı işdən çıxarıb. Hazırlanan pensiya qanunu isə pensiya yaşının artırılmasını və işçilərin mükafatlarının azaldılmasını nəzərdə tutur. Kamerun hökumətinin keçən il iqtidara gəlməsindən bəri ilk dəfə bu miqyasda tətilin keçirilir.

473