Hakerlər “Əl-Qaidə”nin internetə çıxışını bağlayıblar
30 iyun 2011 10:40 (UTC +04:00)

Hakerlər “Əl-Qaidə”nin internetə çıxışını bağlayıblar

Lent.az-ın “NBC News” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə internetdə terrorçuların aktivliyini izləyən “Flashpoint Global Partners” qrupu məlumat yayıb.

“Əl-Qaidə”-nin onlayan-kommunikasiyası müvəqqəti sıradan çıxarılıb və hazırda terror təşkilatının internetlə hər hansı əlaqə kanalı yoxdur. “Əl-Qaidə”nin saytına hücum bir neçə gün əvvəl başlayıb. Hakerlər koordinasiyalı hərəkət edib, mürəkkəb metodlardan yararlanıblar. “Flashpoint Global Partners” qrupunun mütəxəssisi Evan Kolmana görə, bu, hakerlərin hansısa dövlət tərəfindən bu işə cəlb edildiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar