3 ölkədə əməliyyatlar ABŞ-a 4,4 trilyon dollara başa gəlib
29 iyun 2011 17:29 (UTC +04:00)

3 ölkədə əməliyyatlar ABŞ-a 4,4 trilyon dollara başa gəlib

Son 10 ildə ABŞ İraq, Əfqanıstan və Pakistanda hərbi əməliyyatlara 4,4 trilyon dollar vəsait xərcləyib. Bu əməliyyatlarda 8351 nəfər ABŞ hərbçisi həlak olub. Lent.az-ın məlumatına görə, bu barədə Braun Universitetinin Vatson Beynəlxalq Araşdırmalar Mərkəzinin hazırladığı hesabatda bildirilib.

Bu məbləğdən 1,3 trilyon dollar Pentaqona Konqres tərəfindən verilən vəsaitdir. Sonradan 652 milyard dollar Pentaqonun büdcəsi artırılıb. Ötən 10 ildə müharibə veteranlarına və əlillərinə tibbi təminat üçün 3 milyard dollar, savaşla əlaqədar olaraq xarici yardımlara 74 milyard dollar, ölkədaxili təhlükəsizlik tədbirlərinə 401 milyard dollar, veteranlara və əsgər ailələrinə sosial yardım olaraq 295 milyard dollar vəsait xərclənib. Hesablamalara görə, müharibə veteranları və əlillərin 2050-ci ilə qədərki tibbi təminatı və müalicəsinə 589-934 milyard dollar arası vəsait xərclənməlidir.

Aparılan hesablamalara görə 10 il ərzində həyata keçirilən əməliyyatlar nəticəsində Əfqanıstanda 33877, İraqda 151471, Pakistanda isə 39127 nəfər dünyasını dəyişib.

Hərbi əməliyyatlarda ABŞ qüvvələri 6051 əsgər, 2300 təhlükəsizlik xidməti, İraq təhlükəsizlik qüvvələri 9922 nəfər, Əfqanıstan təhlükəsizlik qüvvələri 8756 nəfər, Pakistan təhlükəsizlik qüvvələri 3520 nəfər, digər müttəfiqlər 1192 nəfər itki verib. Müharibədə 11700 Əfqanıstan vətəndaşı, 35600 nəfər pakistanlı vətəndaş və üsyançı, 10 min talib,10 min nəfər İraqlı əsgər (ABŞ işğalı zamanı), 168 nəfər mətbuat işçisi, 266 nəfər beynəlxalq humanitar təşkilat üzvü olmaqla ümumilikdə 224475 nəfər ölüb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar