İsrail İrana qarşı yeni sanksiyalar tətbiq edib
28 iyun 2011 19:41 (UTC +04:00)

İsrail İrana qarşı yeni sanksiyalar tətbiq edib

İsrail hakimiyyəti də İrana qarşı əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, İranla ticarət əlaqəsində olan şirkətlər üzərində nəzarət artırılacaq, çirkli pulların yuyulmasında onların iştirakı yoxlanılacaq.

“Hakimiyyət İranla ticarət əlaqəsi saxlayan şirkətlərlə əməkdaşlığı kəsəcək. Sanksiyaların təsdiqi üçün İran İsrailə, formalda olsa, düşmən dövləti elan olunacaq” - deyən İsraili baş nazirinin müşaviri Aleks Selskinin sözlərinə görə, hökumət sanksiyaların icrasına nəzarət məqsədi ilə özəl qərargah yaradacaq. Müşavir əlavə edərək deyib: “Bu, İranın atom-nüvə proqramına qarşı mübarizədə qəbul edilmiş vacib addımdır. Biz bununla Tehran hakimiyyətinə qarşı iqtisadi sanksiyaları qəbul edən dövlətlər sırasında öncüllərdən olmaq niyyətindəyik”.

Xatırladaq ki, atom-nüvə proqramını dayandırmadığına görə, ABŞ-ın İranın hüquq və fizik şəxslərinə, qarşı birtərəfli iqtisadi sanksiya tətbiqi davam edir. Amerika Maliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, ötən gün qurum islam Respublikasının təyyarə daşımalarına qarşı yasaq haqda qərar qəbul olunub.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar