Pakistan Əfqanıstanı bombalayır
28 iyun 2011 16:06 (UTC +04:00)

Pakistan Əfqanıstanı bombalayır

“Taliban”ın son dövrlərdə Əfqanıstan-Pakistan sərhədində hücumları artırması Kabil ilə İslamabad arasında soyuq küləklərin əsməsinə səbəb olub. Lent.az-ın trtazerbaycan.com saytına istinadən verdiyi məlumata görə, Pakistanın sərhəddəki “Taliban” mövqelərini raket atəşinə tutması iki ölkəni qarşı-qarşıya gətirib.

Əfqanıstan prezidenti Həmid Kərzayi Kunar və Nangarhan bölgələrinə edilən 470 hücuma görə Pakistanın məsuliyyət daşıdığını bildirib. İslamabad hökumətinə müraciət edən Həmid Kərzayi qeyd edib ki, Pakistan bu hücumları təşkil etməyibsə, bu hadisənin arxasındakı isimləri ifşa etməlidir.

Pakistandan bu ittihama gələn cavabda isə ilk hücumun Əfqanıstandan gəldiyi vurğulanıb. Bölgədəki “Taliban” silahlılarının Pakistan torpaqlarını hədəfə almağı davam etdirdiyini bildirən İslamabad da Kabili lazımi tədbirləri görməməkdə ittiham edib. Əfqanıstan tərəfi son 3 həftə içərisində Pakistan torpaqlarından həyata keçirilən hücumlarda 12-si uşaq olmaqla, 36 əfqan vətəndaşının öldüyünü açıqlayıb.

İki ölkə arasındakı qarşılıqlı ittihamların ABŞ-ın da iştirakıyla keçiriləcək müzakirələrdən əvvəl ortaya çıxması diqqət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar