ABŞ-ın Nüvə Mərkəzi yanma təhlükəsi ilə üzləşdi
ABŞ-ın Nyu-Meksika ştatında davam edən meşə yanğınları Los-Alamos şəhəri yaxınlığında, Xemes dağında yerləşən Nüvə Mərkəzinə yaxınlaşır. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu nəhəng komplekslə elmi-təhqiqat laboratoriyası, pluton yanacağı ilə işləyən nüvə reaktoru yerləşir.
Artıq Los-Alamos şəhərinin 12 min sakininin hamısı evakuasiya edilib. Yanğının yayılma sürətli təcrübəli yanğınsöndürənləri belə təəccübləndirir. Nüvə Mərkəzindəki laboratoriya ABŞ-ın nüvə arsenalının təhlükəsizliyini və etibarlılığını təmin edən milli təhqiqat mərkəzidir. Bu laboratoriya 1943-cü ilədək atom bombasının yaradılması ilə bağlı Manhetten layihəsi çərçivəsində qurulub və indiyə qədər burada böyük nüvə silahı arsenalı saxlanılır.

459