Əhmədinejad ABŞ-ı terrorizmi dəstəkləməkdə günahlandırdı
26 iyun 2011 16:01 (UTC +04:00)

Əhmədinejad ABŞ-ı terrorizmi dəstəkləməkdə günahlandırdı

İranın ali dini lideri Əli Xamneyi və prezident Mahmud Əhmədinejad ABŞ hakimiyyətini Asiya ölkələrində mülki şəxslərə qarşı həyata keçirilən ekstremizm və repressiyalara dəstək verməkdə günahlandırıblar. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Əli Xamneyi deyib ki, ABŞ Yaxın Şərqdə terror təşkilatlarına maliyyə və hərbi dəstək verir, pilotsuz təyyarələrin aviazərbəsi zamanı Pakistan və Əfqanıstanda öldürülən onlarla mülki şəxsin ölümünə görə məsuliyyət daşıyır.

O bildirib ki, qoşunu bu insanların ölümündə günahkar olan dövlət dünyaya terrorizmlə mübarizə öyrədə bilməz: “Fələstin hərbi qruplaşmalarının üzvlərini terrorçu adlandıran ABŞ və Avropa ölkələrinin hökumətləri Fələstində mülki obyektlərə zərbə endirən, dinc insanları öldürən İsrail xüsusi xidmətlərinin və ordusunun əməkdaşlarını terrorçu adlandırmırlar”.

Mahmud Əhmədinejad da ABŞ, İsrail və Avropanı əsas beynəlxalq cinayətkarlar adlandırıb: “Çox təəssüf ki, bir sıra Avropa ölkələrinin hökumətləri və Amerika siyasətçiləri terrorçu qrupları və ayrı-ayrı terrorçuları dəstəkləyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar