Qəzalı vəziyyətdə olan “Fukusima-1”ə pilotsuz təyyarə düşdü
24 iyun 2011 13:35 (UTC +04:00)

Qəzalı vəziyyətdə olan “Fukusima-1”ə pilotsuz təyyarə düşdü

İyunun 24-də səhər saatlarında Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) ikinci reaktorunun damına pilotsuz təyyarə düşüb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə AES-in operatoru TEPCO şirkəti məlumat yayıb.

Pilotsuz təyyarə TEPCO şirkəti tərəfindən AES-də radiasiyanın səviyyəsinin ölçülməsi üçün havaya qaldırılıbmış. TEPCO şirkəti pilotsuz təyyarə AES-in ikinci reaktorunun damına düşəndən sonra yanğın və tüstü müşahidə olunmadığını açıqlayıb.

Qeyd edək ki, “Fukusima-1” AES martın 11-də baş verən güclü zəlzələ və sunamidən sonra qəzalı vəziyyətə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar