İran xarici işlər nazirinin müavini saxlanıldı
23 iyun 2011 17:49 (UTC +04:00)

İran xarici işlər nazirinin müavini saxlanıldı

Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavinin saxlanılmasının səbəbi və saxlanıldığı yer barədə məlumat verilmir.

Qeyd edək ki, ötən həftə İran parlamentinin 25 deputatı xarici işlər nazirinin müavini təyin olunan Məhəmməd Şərif Malikzadəni korrupsiyada günahlandırıb. Deputatlar belə bir şəxsi müavin təyin etdiyi üçün xarici işlər naziri Əli Əkbər Salehi iyunun 21-də impiçmentlə hədələyiblər və yeni müavinini istefaya göndərməyi tələb edilər. İyunun 22-də Məhəmməd Şərif Malikzadə istefa verdiyini bildirib. Ancaq onun istefa ərizəsi nazirliyə daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar