Nüfuzlu çeçen avtoritet saxlanılıb - FOTO
23 iyun 2011 14:52 (UTC +04:00)

Nüfuzlu çeçen avtoritet saxlanılıb - FOTO

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Hüseyn Əhmədovun üzərində 15,7 qram həşiş aşkarlanıb. Hüseyn Əhmədova qarşı narkotik vasitələrin qanunsuz əldə edilməsi və daşınması maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Hüseyn Əhmədov ən nüfuzlu çeçen “qanuni oğru” sayılır. 8 dəfə məhkəmə önünə çıxıb və sonuncu dəfə yarım il əvvəl azadlığa buraxılıb. O, slavyan və Qafqaz cinayətkar qruplaşmaları arasında da böyük nüfuza malikdir, “Ded Xasan” ləqəbli Aslan Usoyanın tərəfdarları sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar