Bir fransız da seks bəlasına düşüb
23 iyun 2011 14:22 (UTC +04:00)

Bir fransız da seks bəlasına düşüb

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Jorj Tronu 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, qalmaqal may ayında başlayıb. Dravey şəhər bələdiyyəsinin 2 qadın əməkdaşı Jorj Tron hələ bu bələdiyyənin sədri olduğu vaxt onları zorladığını bildiriblər. Qadınlar Beynəlxalq Valyuta Fondunun sabiq fransız sədri Dominik Stross-Kan seks qalmaqalı ilə bağlı həbs olunmasından sonra ruhlanaraq polisə müraciət etməyə qərar veriblər. Qadınlar polisə müraciət edəndən sonra həmin vaxt dövlət katibi postunu tutan Jorj Tron postunu tərk etməli olub. O, ünvanına irəli sürülən ittihamlarla razılaşmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar