Qəddafi yenə danışdı
İtaliyanın xarici işlər naziri Franko Frattininin Liviyada hava hücumlarının dayandırılması və dərhal humanitar yardımlara başlanılması çağırışına NATO baş katibi Anders Foq Rasmussen rədd cavabı verib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, NATO baş katibi deyib ki, hücumlar davam edəcək, əgər hücum dayandırılarsa, Liviyada çoxlu sayda mülki şəxs həyatını itirər.
Anders Foq Rasmussen indiyə qədər qırıcı təyyarələr tərəfindən həyata keçirilən 5 mindən çox uçuş və aviazərbə endirilməsi zamanı mülki şəxslər arasında itki olmadığını bildirib. O, Tripolidə 7 mülki şəxsin NATO təyyarəsindən endirilən zərbə nəticəsində həyatını itirməsinin isə araşdırılacağına söz verib.
Bu arada Liviya prezidenti Müəmmər Qəddafi xalqa müraciət edib. Liviya Dövlət Televiziyası ilə yayımlanan çıxışı zamanı Müəmmər Qəddafi bəyan edib ki, döyüşlər düşmənlər yox olana qədər davam edəcək. O, ailəsinin 7 üzvü NATO qırıcılarının aviazərbəsi zamanı həlak olan Xildi Xemidə başsağlığı verib.

483