Turqut Özalın qızı İrana pul qoyub
Türkiyənin 8-ci prezidenti Turqut Özalın qızı, “Özal Türkiyə” şirkətinin yiyəsi Zeynəb Özal İran İslam Respublikasının tikinti sektoruna 400 milyon dollarlıq sərmayə qoyub. Bu barədə İranın kütləvi informasiya vasitələri məlumat yayıblar.
Atom-nüvə proqramını dayandırmadığına və insan haqlarını davamlı surətdə pozduğuna görə, BMT-nin Təhlükəsizlik Şurası, habelə ABŞ-ın Maliyyə Nazirliyi ayrıca olaraq, İran hakimiyyətinə qarşı sanksiya tətbiq edib. Z.Özal bildirib ki, həmin yasaqlar ucbatından Türkiyə bankları da İranla münasibəti pozub: “Bu, İranda işimin gerçəkləşməsinə mane olan amildir”.
Qeyd edək ki, Avropa və ABŞ bankları ilə sıx əməkdaşlıq edən Türkiyə bankları İrana pul köçürmələrini dayandırıb.
Yeri gəlmişkən, bir neçə gün öncə ABŞ Maliyyə Nazirliyi İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 10 xarici şirkətə və İranın 3 vətəndaşına sanksiya qoyduğunu açıqlayıb.
Həmin şirkətlərdən altısı Birləşmiş Ərəb Əmirliklərində, ikisi Sinqapurda, biri Çində, biri isə Böyük Britaniyada fəaliyyət göstərir.
Sədrəddin Soltan

481