Argentina prezidenti başını dəmir barmaqlığa çırpdı...
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, buna Kristina de Fernandesin paytaxt Buenos-Ayresdə bir elmi-tədqiqat institutunda keçirilən tədbir zamanı tərəfdarları ilə görüşən məqamda ayağının sürüşməsi nəticəsində başının dəmir barmaqlıqlara dəyməsi səbəb olub.
Onun başında kiçik kəsik və qançır yaranıb. Zədə ciddi olmasa da, həkimlər dövlət başçısına qarşıdakı iş günlərini paytaxt kənarındakı iqamətgahında keçirməyi tövsiyə ediblər.
Qeyd edək ki, bu olay Kritstina de Fernandesin bu il oktyabrın 23-də keçiriləcək növbəti prezidenti seçkilərində də iştirak edəcəyini açıqlamasından 1 gün sonraya təsadüf edib.

451