Əsəd tərəfdarları və əleyhdarları arasında qanlı toqquşma
22 iyun 2011 16:55 (UTC +04:00)

Əsəd tərəfdarları və əleyhdarları arasında qanlı toqquşma

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, prezident Bəşər Əsəd ilin sonuna qədər çox partiyalı sistemin yaradılmasını da nəzərdə tutan islahatların keçiriləcəyinə dair vədlər versə də insanlar hələ də meydanlardır.

Humus, Hama, Dera şəhərləri və Mayadin qəsəbələrində Bəşər Əsəd əleyhdarları ilə tərəfdarları arasında qarşıdurmalar baş verib. Bu günədək müşahidə olunan ən dəhşətli qarşıdurmalar zamanı 7 nəfər ölüb. Paytaxt Dəməşqdə isə yalnız prezident tərəfdarları aksiya keçirib. Suriya televiziyası aksiyada 10 mindən artıq insanın iştirak etdiyini xəbər verir. Müxalifət isə aksiyanın dövlət məmurları tərəfindən təşkil edildiyini iddia edir. Onların sözlərinə görə insanlar işdən qovulma təhdidləri qarşısında meydanlara çıxarılıb.

Bu arada Suriya ordu qüvvələri Türkiyə ilə sərhədinə yaxın ərazilərdə təhlükəsizlik tədbirləri görməyə başlayıb. Hələbdən Türkiyə istiqamətindəki yollarda barrikadalar arası məsafələr daha da kiçildilib. Bununla yanaşı, Hələb Universitetində təhsil alan onlarla tələbə, Türkiyə sərhədi yaxınlığındakı bir kənddə isə məscidin imamı da daxil olmaqla, 12 nəfər həbs olunub.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd bazar ertəsi xalqa müraciətində ölkəyə xaos yaratmaq məqsədi ilə silahlı qrupların sızdığını bildirib. O, avqustda parlament seçkilərinin keçiriləcəyini, sentyabrda isə islahatlar paketinin tam hazır olacağını deyib. Lakin müxalifət qüvvələri və bəzi Qərb dövlətləri Bəşər Əsədin dəqiq bir şey açıqlamadığını, sadəcə, vaxt qazanmaq istədiyini iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar