Rusiyada telekanalın baş redaktoru öldürüldü
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata gərə, Maqadanda Kolıma plyus telekanalının baş redaktoru Anatoliy Bitkov öldürülüb.
Anatoliy Bitkov öz mənzilində ölmüş vəziyyətdə tapılıb. Onun bədənində küt alətlə vurulan çoxlu sayda zərbə izləri, bıçaq yaraları aşkarlanıb. Baş redaktorun ölümündə məişət versiyası araşdırılır. Ancaq hüquq-mühafizə orqanları Anatoliy Bitkovun ölümünün peşəkar jurnalist fəaliyyəti ilə bağlı olmasını da istisna etmir. Anatoliy Bitkov Maqadanda çox tanınmış insan olub.
Son vaxtlar o, bütün regionda yayımlanan Kolıma plyus telekanalının baş redaktoru postunu tutub. Bununla bərabər, 38 yaşlı Anatoliy Bitkov br neçə proqramın müəllifi və aparıcısı olub.

522