PKK-nın təbliğatını aparan Hatip Diclenin mandatı ləğv olundu
22 iyun 2011 10:34 (UTC +04:00)

PKK-nın təbliğatını aparan Hatip Diclenin mandatı ləğv olundu

Türkiyənin Ali Seçki Qurumu Konstitusiyanın 76-cı maddəsini əsas gətirərək parlament seçkilərində Diyarbəkirdən deputat seçilmiş Hatip Diclenin deputat mandatını ləğv edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Konstitusiyanın 76-cı maddəsinə görə, terror təşkilatı ilə bağlı 1 il və daha çox həbs cəzası alanlar deputat ola bilməzlər.

İyunun 9-da məhkəmə Hatip Dicleyə PKK terror təşkilatının təbliğatını aparmaqla bağlı 1 il 8 aylıq azadlıqdan məhrumetmə cəzası verib. İyunun 21-də saat 23:00 radələrində Türkiyə Ali Seçki Qurumunun üzvləri onun deputat mandatının ləğv edilməsinə yekdilliklə səs veriblər. Hatip Diclenin vəkilləri bu gün apelyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Hatip Dicle PKK terror təşkilatına simpatiyası ilə seçilən BDP-nin dəstəklədiyi namizədlər sırasındadır. BDP bəyan edib ki, əgər dəstəklədikləri namizədlərdən biri belə parlamentə getməzsə, partiya parlamenti boykot edəcək.

Hatip Diclenin deputat mandatının ləğv edilməsi ilə hakim AKP-nin deputat mandatının sayı 327-ə yüksələcək. Hatip Diclenin yerinə AKP-nin Diyarbəkirdə partiya siyahısında 6-cı yerdə göstərdiyi sırasında Oya Eronat avtomatik deputat mandatı qazanır.


Qeyd edək ki, Oya Eronat Diyarbəkirdə 2008-ci ildə bir hazırlıq kursunun önündə PKK tərəfindən quraşdırılmış bombanın partlaması nəticəsində 17 yaşlı oğlu Ereni itirib. O, seçki kampaniyası dövründə deyib ki, oğlunun itkisi ilə böyük faciə yaşayıb, deputat seçiləcəyi təqdirdə də terrorla bağlı anaların yaşadığı faciələri hər yerdə anladacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar