Qəddafi əleyhdarları parçalandı!
28 fevral 2011 21:31 (UTC +04:00)

Qəddafi əleyhdarları parçalandı!

Liviyada nümayişçilər ölkənin böyük hissəsinə nəzarəti əlində saxlayır.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, prezident Müammər Qəddafi paytaxt Tripolidə müqaviməti davam etdirir. Atışmaların davam etdiyi Mısrata şəhərində nümayişçilərin bir hərbi təyyarəni yerə endirdiyi və pilotları girov götürdüyü açıqlanıb. Benqazinin bir həftə öncə nümayişçilərin əlinə keçməsindən bəri isə şəhərdə bir çox iş yeri bağlıdır. Şəhərdə qida problemi yaşandığı, qiymətlərin iki dəfə artdığı, nümayişçilərin ən çox 2-3 həftə müqavimət göstərə biləcəyi, sonra qıtlıq başlayacağı bildirilir.

Bununla yanaşı, Müəmmər Qəddafini devirmək istəyən nümayişçilər arasında da ziddiyyətlər yaşanır. Benqazidə keçmiş ədliyyə nazirinin müvəqqəti hökumət qurduğunu açıqlamasından sonra bir qrup başqa nümayişçi Milli Liviya Şurasının yaradıldığını elan edib. Hər iki tərəf də nümayişçilərin onları təmsil etdiyini bildirir.

Nümayişçilərin əlində olan Zaviyə şəhərində isə hər an Müəmmər Qəddafi tərəfdarlarının əks hücuma keçməsi təhlükəsi yaşanır. Tripolinin 50 kilometrliyində yerləşən şəhər Müəmmər Qəddafiyə bağlı iki min nəfərlik polis və muzdlu tərəfindən mühasirədə saxlanır.

Son məlumatlara görə, Tripolinin bir hissəsi isə nümayişçilərin əlindədir. Bu səmtlərə hökumət qüvvələrinin girməsini əngəlləmək üçün yollarda barrikadalar qurulur. Müəmmər Qəddafi isə öz nəzarətində olan səmtlərdə xalqa pul paylayır. Ailə başına 400 dolları almaq üçün xalq bankların qarşısında növbədə dayanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23