Avropa Birliyi İranda xristianların həbsindən narahatdır
18 fevral 2011 10:58 (UTC +04:00)

Avropa Birliyi İranda xristianların həbsindən narahatdır

Avropa parlamentinin almaniyalı üzvü, AB-İran münasibətlərilə məşğul olan Barbara Loçbilerlə görüşdə məsələ müzakirə edilib. Parlament üzvü bildirib ki, İranda edam edilmişlər və s. bu kimi məsələlərlə bağlı çoxlu məlumatlar var.

Görüş zamanı keşiş Bürcü «dəhşətli şəraitdən» danışaraq, İran hakimiyyətinin 26 xristianı öz inancına görə tutduğunu deyib. O, bildirib ki, 2010-cu ilin iyunundan bəri 202 xristian saxlanılıb və həbs olunub.

Onların sözünə görə, İran İslam Respublikası Vətəndaş və siyasi haqlar haqqında Beynəlxalq Anlaşmaya imza atıb. Bu müqavilə insanların din seçimində sərbəst olduğunun təminatçısıdır. Tehran hakimiyyətinin davranışı həmin sənədə ziddir.

«Christian Solidarity Worldwide»( CSW) təmsilçiləri Avropa parlamentindən xahiş edib ki, xristian dinini qəbul etmiş vətəndaşların edam edilməsi haqda çıxarılan qərarların aradan qaldırılması ilə bağlı Tehran hakimiyyətinə müraciət etsinlər.

«Biz gələcəkdə də İrandakı kilsə və tərəfdarlarımızla birlikdə bu ölkədə xristianların və başqa dini azlıqların haqqını müdafiə edəcəyik» - deyə, E.Conston bildirib.

Yeni ilin ilk həftəsində Tehran əyalətinin başçısı Mürtəza Təməddün bildirmişdi ki, bundan sonra Yevangel kilsəsi təmsilçilərinə qarşı daha sərt tədbir görəcəklər: «Bu insanlar öz əqidə və fikirlərini mərkəzi Britaniyada yerləşən üzdəniraq mədəniyyət qurumları vasitəsi ilə təbliğ edirlər. Onlar yalançı, korrupsiyalaşmış təriqətdirlər. Həmin cərəyanın başçılarını Tehran əyalətində tutmuşuq. Yaxın gələcəkdə başqalarını da tutacağıq».

Keçən ilin sonunda 60-dan çox İran vətəndaşı xristianlığı qəbul etdiyi üçün həbs olunub.

Ayətulla Məkarim-Şirazi, ayətulla Sübhani kimi “islam dininin qoruyucuları”nın, Qulaməli Həddad Adil kimi fars şovinistlərinin ucbatından İranda müsəlmanlar «mürtəd»liyi boyunlarına alıb, xristianlığı qəbul edir.

Ötən il İranın Tehran, Məşhəd, Kərəc və Rəşt şəhərlərində xristianlıq sürətlə yayılıb. Dini mərkəzdə, təkcə müqəddəs Məşhəddə 200 –dən artıq gizli kilsə aşkarlanıb. İnsanların İslam dinini tərk edərək, başqa dinlərə və dinsizliyə meyllənməsinin günahı İran cəmiyyətində riyakarlıq edənlərdə, dinimizi eybəcər hala salanlarda, ürəklərdə islamla bağlı şübhə toxumu səpənlərdədir.


Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar