Baş qərargah rəisindən hökuməti şoka salacaq bəyanat
“Hər deyiləni ciddi qəbul etməyin, bölünmürük”
Ramazan bayramı münasibətiylə Türkiyənin cənub-şərq bölgələrinə gedən baş qərargah rəisi İlkər Başbuğ hökumət üçün şok effekti yaradacaq açıqlamalar verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İlkər Başbuğ PKK terror təşkilatıyla mübarizə, hökumətin kürd açılımı siyasəti ilə bağlı danışıb.
Baş qərargah rəisi vətəndaşların televiziyalara baxaraq, təşviş keçirdiklərini və “vay, beləmi olacaq!” deyə sual etdiklərini dilə gətirib. İlkər Başbuğ bildirib ki, televiziyalarda hər şey söylənilir: “Hər deyiləni ciddi qəbul etməyin, bölünmürük. Əsgər, sivil vətəndaş hər şeyi ciddiyə alsa, olmaz”.
O, hökumətdən fərqli olaraq kürdcə təhsil məsələsində də hər hansı problem olduğunu düşünmədiyini vurğulayıb: “Ata-anaya “övladına kürd dilində danışmağı öyrətmə” deyənmi var?”
Baş qərargah rəisi Şimali İraqda PKK-nın varlığına mütləq son qoymağı da zəruri saydığını bəyan edib.

Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42