NASA artıq dünyanı metroidlərdən qorumaq gücündə deyil
13 avqust 2009 14:00 (UTC +04:00)

NASA artıq dünyanı metroidlərdən qorumaq gücündə deyil

ABŞ Senatından və Nümayəndələr Palatasından 4 ildir ki, istədiyi məbləği ala bilməyən NASA (ABŞ Milli Kosmik Agentliyi) dünyanı təhdid edə biləcək metrodləri zamanında aşkarlamaqda artıq aciz olduğunu açıqlayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən yaydığı məlumata görə, NASA qarşıdakı 70 il ərzində Yer kürəsi ilə toqquşa və onu məhv edə biləcək metroidlərə qarşı mübarizə aparmaq imkanına malik deyil.
NASA-nın göy cisimləri idarəsinin sədri Lindley Conson və Corc Vaşinqton Universitetinin professoru Con Logsdon bildiriblər ki, yer kürəsini məhv edə biləcək gücdə olan göy cisimlərini lazımi anda aşkarlamaq üçün NASA-nın 800 milyon dollara ehtiyacı var. İndi NASA-ya 300 milyon dollar ayrılsa, 2012-ci ilə kimi agentlik diametri 300 metrdən böyük metroidləri teleskopla aşkarlaya bilər.
Hazırda diametri 130 metr olan metroidlərdən birinin 2048-ci ildə Yer kürəsiylə toqquşması istisna edilmir.
# 1231

Oxşar yazılar