«bp» də İranla əməkdaşlığı dayandırır
12 noyabr 2010 13:59 (UTC +04:00)

«bp» də İranla əməkdaşlığı dayandırır

Bir neçə il öncə İngiltərənin «British Petroleum» dövlət neft şirkətinin İrandan 20 min hektar torpaq sahəsi aldığı barədə xəbərlər yayılmışdı. Hətta «bp» İslam Respublikasında avtomobillər üçün mühərrik yağları da istehsal edirdi. İranın siyasi həyatına yaxşı bələd olanlar məhz «bp»-nin İrandakı fəaliyyətini nəzərə alıb, İranda dəyişikliklə bağlı Qərbin hələ ciddi addım atmayacağını deyirdilər.

O da nəzərə alınmalıdır ki, dünya siyasətinə «altı bacı» neft şirkəti, o cümlədən «bp» təsir göstərməkdədir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz mülahizənin əsaslı olduğu təsdiqlənir.

Britaniyanın bu şirkəti də İranla birgə işləməkdən imtina edib. «British Petroleum» şirkəti bəyan edib ki, İranın Neft Şirkəti ilə Şotlandiya sahillərində neft hasilatı layihəsini dayandırıb.

«bp» təmsilçisinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiya əsasən «şotland layihəsinin» taleyi ilə bağı qərar çıxarması haqda Britaniya hakimiyyətinə müraciət ediblər.

Hələ 1979-cu il inqilabından öncə «bp» ilə İranın neft şirkəti arasında Şotlandiyanın Şimal-Şərq sahillərindən 400 km aralıda yerləşən «Rhum» neft yatağında birgə fəaliyyət dair müqavilə imzalanmışdı. Bu yataq ingilis şirkətinin Şimal dənizindəki quyularının az bir hissəsini təşkil edir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar