Ermənistan müdafiə naziri məhkəməyə verilib
12 noyabr 2010 12:11 (UTC +04:00)

Ermənistan müdafiə naziri məhkəməyə verilib

Lent.az-ın “Azadlıq” radiosunun erməni xidmətinə istinadən verdiyi məlumata görə, iddianı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndəsi, vəkil Artak Zeynalyan qaldırıb.

Hüquqşünas Müdafiə Nazirliyinin 2009-cu ildə ölən hərbçilərin sayının açıqlanmasını tələb edir. O, bildirib ki, bu sorğu ilə Müdafiə Nazirliyinə müraciət etsə də, nazirlikdə məlumatın gizli olduğunu əsas gətirərək, cavab verməkdən imtina ediblər.

İddiaçı bunu onun informasiya almaq hüququnu pozduğunu bildirib. Artak Zeynalyan tələb etdiyi informasiyanı məhkəmə yolu ilə almaq istəyir.

Müdafiə Nazirliyinin nümayəndəsi Vaqe Ovannisyan iddia ilə bağlı radiostansiyanın suallarını cavablandırmaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar