İslandiya amerikalı diplomatın casusluq fəaliyyətindən şikayətləndi
12 noyabr 2010 10:54 (UTC +04:00)

İslandiya amerikalı diplomatın casusluq fəaliyyətindən şikayətləndi

İslandiya hökuməti ABŞ səfirliyinin əməkdaşının casusluqla məşğul olmasından şübhələnir. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyinin həmin əməkdaşı qeyri-qanuni yolla İslandiya vətəndaşları haqqında məlumat toplayır.

Bundan əvvəl Norveç, Danimarka, İsveç və Finlandiyada ABŞ səfirliyinin əməkdaşlarının ünvanına belə ittihamlar səsləndirilib. ABŞ Dövlət Departamenti isə buna cavab olaraq deyib ki, amerikalı diplomatlar antiterror proqramı həyata keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar