Pakistanda antiterror qərargahı partladılıb
Noyabrın 11-də axşam saatlarında Pakistanın Kəraçi şəhərində partlayış törədilib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Partlayışın hədəfi Pakistan Daxili İşlər Nazirliyinin Cinayət Təhqiqatı Departamentinin binası olub. Bu binada “Taliban” hərəkatının və digər silahlı qruplaşmaların komandirləri və döyüşçüləri saxlanılır. Bura həm də Pakistan hakimiyyətinin və hərbçilərin ölkənin şimal-qərbində həyata keçirdiyi antiterror əməliyyatlarının qərargahıdır.
Partlayış yerində 12 metr radiusda və 4 metr dərinlikdə çuxur yaranıb, bina tamamilə dağılıb.

545