Kəbənin sirli açarını saxlayan adam öldü
11 noyabr 2010 17:47 (UTC +04:00)

Kəbənin sirli açarını saxlayan adam öldü

Lent.az-ın «CNN Türk»ə istinadən verdiyi məlumata görə, əslən Həzrəti Məhəmməd Peyğəmbərin (s) tayfasından – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəslə ötürürlər.

Bu gün keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.

Əhməd Hələbi adlı alim bildirib ki, Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır.

Alim Kəbənin sirlərindən birinin də məhz bu açarla bağlı olduğunu bildirib. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır. Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.

Ə.Hələbi Kəbə evinin açarını, örtüyünü, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarının da Əş-Şeybi ailəsində olduğunu bildirib.

Hələbi bildirib ki, Məhəmməd Peyğəmbər (s) zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar