Həcc zamanı terror gözlənilir
“Əl-Qaidə” beynəlxalq terror təşkilatı müqəddəs İslam şəhərləri Məkkə və Mədinəyə gələn həftə başlanacaq ziyarət zamanı Səudiyyə Ərəbistanı ərazisindən ardıcıl terror aktları həyata keçirməyə hazırlaşır. Lent.az-ın “Associated Press”ə istinadən məlumatına görə, bu haqda krallığın xarici işlər naziri, şahzadə Məhəmməd ibn-Nayef açıqlama verib.
O bildirib ki, artıq mümkün terror aktları barədə xəbərlər daxil olub və güc strukturları ekstremistlərin hücumunu dəf etməyə hazırlaşır. İbn-Nayef təfərrüata varmayıb və ölkə kəşfiyyatının əldə etdiyi informasiyaya dair geniş danışmayıb. Lakin o istənilən hücum variantını xüsusi xidmət orqanlarının istisna etmədiklərini vurğulayıb.
Qeyd edək ki, Qurban bayramı noyabrın 16-da olacaq. Bu il zəvvarları terrorçular hədələyirlərsə, ötən il İslama inanclılar üçün əsas təhlükə AH1N1 qripi virusu olub. Ölümcül infeksiyaya yoluxma təhlükəsi o qədər açıq-aydın olub ki, ən görkəmli dini liderlərdən biri, ayətullah Hüseyn Fədlallah xəstələnməkdən çəkinənləri evdə qalmağa çağırıb. Bununla yanaşı, o bildirib ki, heç bir halda Həcc ziyarətini tamamilə ləğv etmək olmaz. Çünki bu, Allah qarşısında bir borcdur.

Oxşar yazılar

Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər
20 iyun 2025 , 20:42
Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi
20 iyun 2025 , 20:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25