Türkiyənin dini işlər idarəsinin rəhbəri işdən azad edildi
11 noyabr 2010 10:47 (UTC +04:00)

Türkiyənin dini işlər idarəsinin rəhbəri işdən azad edildi

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 2003-cü il mayın 28-də bu vəzifəyə təyin edilən Ə. Bardakoğlu hökumətin 10 noyabr 2010-cu il tarixli qərarı ilə tutduğu postdan uzaqlaşdırılıb.

Dövlət naziri Faruk Çelik dini idarənin fəaliyyətinə dair yeni qanunun qüvvəyə mindiyini, bu qanuna əsasən idarənin strukturunda ciddi dəyişiklik ediləcəyini, sədrin də bu səbəblə dəyişdirildiyini açıqlayıb. Ə. Bardakoğlunun yerinə onun müavini, professor Mehmet Görməz dini idarəyə rəhbər təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar