“Həmas” və “əl-Fəth” danışıqlara başladı
Bu gün fələstinli qruplar - “Həmas” və “əl-Fəth”in yetkililəri Suriyanın paytaxtı Dəməşqdə bir araya gəliblər. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, “Həmas”ın Dəməşqdə yaşayan siyasi büro sədri Xalid Meşal ilə bir araya gələn “əl-Fəth” heyətinin müzakirələrə başladığı bildirilir.
“Həmas” müzakirələrin davam etdiyini və görüşlərdə nəticə əldə olunarsa, bu haqda məlumat veriləcəyini açıqlayıb. Dəməşqdə 4 gün qalacaq “əl-Fəth” heyəti “Həmas” ilə Misir tərəfindən fələstinli qruplar arasında anlaşmaya nail olmaq üçün hazırlanan planı dəyərləndirəcək.
Tərəflər Misir planının ən önəmli maddələrindən olan və eyni zamanda “Həmas” və “əl-Fəth” arasındakı uzlaşmazlıq nöqtələrindən birini təşkil edən təhlükəsizlik məsələsini müzakirə edəcək. Misir planındakı təhlükəsizlik maddəsi “Həmas” və “əl-Fəth”in təhlükəsizlik qurumlarının birləşdirilərək milli təhlükəsizlik qurumunun formalaşdırılmasını nəzərdə tutur.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13