Ermənistanda həbsxanada qiyam
Bu gün saat 14:00-da Ermənistan Ədliyyə Nazirliyinin həbsxanasında (məhbuslar üçün xəstəxana statusundadır - red.)15-ə qədər məhbus qiyam qaldırıb.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, məhbuslar həbsxananın binasının damına çıxıblar.
Fotojurnalist Qaqik Şamşyan onların şəkillərini çəkib. Məhbusların bəziləri paltarlarını soyunub, bəziləri müxtəlif şüarlar səsləndiriblər. Həyətdə isə silahlı mühafizəçilər olublar.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Arsen Babayan isə mətbuata açıqlamasında deyib ki, həmin məhbuslar QİÇS xəstəliyinə yoluxublar və xəstə olduqları üçün ya müalicə edilmələrini, ya da azadlığa buraxılmalarını tələb ediblər: “Ancaq onların tələbi qanuna ziddir. QİÇS xəstələri olmaları onları cinayət məsuliyyətindən azad etmir”.

Oxşar yazılar

Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər
20 iyun 2025 , 20:42
Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi
20 iyun 2025 , 20:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25