Baykalın “seks görüntüləri” “YouTube”dən yığışdırıldı
Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Dəniz Baykalın partiya rəhbərliyindən getməsinə səbəb olmuş görüntülərin yığışdırılması ilə bağlı Ankara Baş Prokurorluğunun müraciətinə “YouTube” rəhbərliyi müsbət cavab verib və görüntülər saytdan çıxarılıb.
Prokurorluq həmin görüntüləri “YouTube” saytına qoyan şəxs və şəxslərin üzə çıxarılması istiqamətində araşdırmanı davam etdirir.
Qeyd edək ki, Dəniz Baykalın vəkilləri keçən həftə görüntülərin internetdən yığışdırılması ilə bağlı Ankara Baş Prokurorluğuna müraciət edib.

1354